İngiltərənin “Mançester Siti” klubu özbəkistanlı mərkəz müdafiəçisi Abdukodir Xusanov ilə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, “Mançester Siti” 2025-ci ilin yanvarında Abdukodir Xusanovla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olcaq müqavilə imzaladığını açıqlamışdı. “Şəhərlilər” Xuanovun tamhüquqlu keçidi müqabilində “Lans”a 40 milyon avro məbləğində ödəniş etmişdilər. Xusanov İngiltərə Premyer Liqası tarixində ilk özbək futbolçudur.
Özbək müdafiəçi indiyə qədər “şəhərlilər”in heyətində 47 matça çıxıb, 1 qola imza atıb.
Abdukodir Xusanov “Bunyodkor”un yetirməsidir. Müdafiəçi, karyerası ərzində “Energetik-BGU” (Belarus) və “Lans”da da çıxış edib.
Xusanov 2023-cü ilin iyun atında debüt etdiyi Özbəkistan millisinin heyətində 30 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Abdukodir Xusanovun qənimətlər muzeyində Özbəkistanın U-20 komandası ilə Asiya Kuboku çempionluğu var. O, Mançester təmsilçisi ilə də İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı özbək mərkəz müdafiəçisinin trasnfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.



