Abodi: “Qumar oynayan futbolçular dövlətə xəyanət ediblər”

İtaliyanın idman naziri Andrea Abodi bir neçə italyan futbolçunun qanunsuz mərc qoyuluşları etməkdə ittihamı ilə bağlı vəziyyəti şərh edib.

Arena.az jurnalist Alfredo Pedullanın saytına istinadən Abodinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu oyunçuların etdikləri dövlətə xəyanətdir. Onlar digər gənclərin hisslərinə, ehtiraslarına, etibarlarına xəyanət ediblər. Futbol qurumlarının buna münadibət verməsi və oyunçuların qanunsuz mərc oyunlarına qarşı layihələrə başlaması vacibdir”, – deyə Abodi bildirib.

Xatırladaq ki, oktyabrın 17-də “Yuventus”un futbolçusu Nikolo Facolinin qeyri-qanubi mərc qoyuluşları etdiyi üçün 7 aylıq diskvalifikasiyaya məruz qaldığı məlum olub. Futbolçunun agenti bildirib ki, onun müştərisi qumar asılılığından əziyyət çəkir və tezliklə lazımi müalicədən keçəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: