Amerika Birləşmiş Ştatları (ABŞ) 2028-ci və 2034-cü illərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Arena.az bu barədə “Reuters” agentliyinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) fəxri prezidenti Riçard Paundun sözlərinə istinadı əsasında məlumat verir.
Məsələ, Çindən olan 23 üzgüçünün “Rodçenkov Aktı” çərçivəsində dopinq müayinəsinin nəticələrinin araşdırılması ilə əlaqədar baş verə bilər.
“Bu qanun antidopinq məcəlləsinə uyğun gəlmir. Mən güman edirəm ki, WADA-nın bu mərhələdə atacağı addımlardan biri, bu konkret məsələni uyğunluğun nəzərdən keçirilməsi komitəsinə həvalə etməsidir. Mən şübhələnirəm ki, bununla bağlı dinləmələr olarsa və ya nə vaxtsa, onlar Birləşmiş Ştatların tələblərə uyğun olmadığını elan edəcəklər. Bu, onların Olimpiya Oyunlarına ev sahibliyi edə bilməyəcəkləri demək olardı”, deyə Paund bildirib.
Xatırladaq ki, “Rodçenkov Aktı” Birləşmiş Ştatlara, yarışlarda amerikalılar iştirak etmişlərsə, dünyada istənilən qanun pozucusunu mühakimə etmək və onu ABŞ-a ekstradisiya etmək hüququ verir.
2028-ci il Yay Olimpiya Oyunları iyulun 14-dən 28-dək Los-Ancelesdə, 2034-cü il Qış Oyunları isə Solt-Leyk-Sitidə keçiriləcək. Ağ Olimpiadanın paytaxtı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gələn həftə Parisdə keçiriləcək 142-ci sessiyasında açıqlanacaq.


