Abu Dosso “Sumqayıt”a lazım olmadı

Kot d’İvuardan olan sol cinah müdafiəçisi Abu Dosso ilə “Sumqayıt” arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 28 yaşlı cinah oyunçusunu saxlamağa ehtiyac duymayıb. “Sumqayıt” futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Abu Dosso ötən mövsümün əvvəlindən bu komandanın uğurları üçün çalışırdı. Bu müddət ərzində o, 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda meydanda olub. Müdafiəçi bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Sumqayıt” Abu Dossodan öncə Erik Sorqa və Orxan Sadıqlı ilə də yollarını ayırmışdı.