AÇ-2020: Qapıçı matçın ən yaxşısı seçildi

AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş İsveçrə – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İspaniya yığmasının qapıçısı Unai Simon bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, İsveçrə – İspaniya matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan ispanlar 3:1 hesabıyla qalib gəliblər və ilk yarımfinalçı olublar. Bu qələbədə məhz Simonun qurtarışları da vacibrol oynayıb.

Unai Simon İspaniyanın “Atletik” klubunun formasını geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: