AÇ-2024: Superkompüter favoritini açıqladı

“Opta Sports” statikstik internet-portalının superkompüteri AÇ-2024-ün 1/4 final oyunlarından sonra yarışın favoritlərini müəyyənləşdirib.

Arena.az məlumat verir ki, “dəmir parçası” AÇ-2024-ün yarımfinalında qarşılaşacaq İspaniya və Fransa yığmalarını yarışın qalibi olmağa əsas namizəd görür.

Süni beyin hər iki komandanın imkanını bərabər – 30% qiymətləndirir.

Yarımfinalın digər cütündə rəqiblər – İngiltərə və Niderland yığmalarının AÇ-2024-ü qazanmaq ehtimalı isə “üç şir” üçün 23%, “narıncılar” üçün isə 17% təşkil edib.

Xatrladaq ki, İspaniya – Fransa oyunu iyulun 9-da, Niderland – İngiltərə oyunu isə iyulun 10-da keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: