2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində üçüncü tura start verilib. Arena.az xəbər verir ki, bu gün 5 qrup (B, C, D, H və İ qrupları) üzrə 12 qarşılaşma baş tutub.
B qrupunda Fransa yığması səfərdə Cəbəllütariqi 3 cavabsız qolla yenməklə vahid liderliyini qoruyub. Yunanıstan isə İrlandiyanı xalsız yola salıb.
C qrupunda da İngiltərə millisi səfərdə Maltanı 4 cavabsız qolla üstələyib və maksimum nəticə ilə irəliləyir. Qrupun digər matçında Ukrayna səfərdə Şimali Makedoniya üzərində çətin qələbəyə sevinib.
D qrupunda yer alan Türkiyə millisi səfərdə Latviyanı çətinliklə də olsa, məğlub etməklə vahid liderə çevrilib. Uels yığması isə evdə Ermənistana məğlub olub.
H qrupunda Finlandiya Sloveniyanı, Danimarka da Şimali İrlandiyanı məğlub yola salıb. Qazaxıstan millisi isə səfərdə San Marinonu 3 cavabsız qolla üstələyib.
I qrupunda Kosovo və Rumıniya yığmalarının oyunu günün qolsuz bitən yeganə görüşü olub. Andorra evdə İsveçrəyə, Belarus da İsrailə uduzub.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 3-cü tur
16 iyun
B qrupu
Cəbəllütariq – Fransa 0:3
Qol: Jiru, 3. Mbappe, 45+3-pen. Mueli, 78.
Yunanıstan – İrlandiya 2:1
Qol: Bakasetas, 15. Masuras, 49 – Kollinz, 27.
Xal: Fransa – 9, Yunanıstan – 6, Niderland – 3, İrlandiya – 0, Cəbəllütariq – 0
C qrupu
Malta – İngiltərə 0:4
Qol: Apap, 8-öz qapısına. Aleksandr-Arnold, 28. Keyn, 31-pen. Uilson, 82-pen.
Şimali Makedoniya – Ukrayna 2:3
Qol: Bardi, 31. Elmas, 39 – Zabarnı, 68. Konoplya, 68. Tsiqankov, 83.
Xal: İngiltərə – 9, İtaliya – 3, Şimali Makedoniya – 3, Ukrayna – 3, Malta – 0
D qrupu
Uels – Ermənistan 2:4
Qol: D.Ceyms, 10. Uilson, 73 – Zelarayan, 19; 75. Ranos, 30; 66.
Latviya – Türkiyə 2:3
Qol: Emsis, 51. Tobers, 90+4 – A.Bardakçı, 22. C.Ünder, 61. İ.C.Kahveci, 90+6.
Xal: Türkiyə – 6, Uels – 4, Xorvatiya – 4, Ermənistan – 3, Latviya – 0
H qrupu
Finlandiya – Sloveniya 2:0
Qol: Pohyanpalo, 13. Antman, 64.
Danimarka – Şimali İrlandiya 1:0
Qol: Vind, 47.
San- arino – Qazaxıstan 0:3
Qol: Voroqovski, 37. Taqibergen, 64. Zaynutdinov, 90+5.
Xal: Danimarka – 6, Finlandiya – 6, Qazaxıstan – 6, Sloveniya – 6, Şimali İrlandiya – 3, San Marino – 0
I qrupu
Andorra – İsveçrə 1:2
Qol: Vyeyra, 67 – Freuler, 7. Amduni, 32.
Belarus – İsrail 1:2
Qol: Ebonq, 16 – Vaysmann, 85. Qlux, 90+2.
Kosovo – Rumıniya 0:0
Xal: İsveçrə – 9, Rumıniya – 7, İsrail – 4, Kosovo – 3, Andorra – 1, Belarus – 0


