“Adana Dəmirspor” “Midlsbro”nun hücumçusunu transfer etdi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Midlsbro”dan Britt Assombalonqanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı konqolu hücumçu ilə 3 illik müqavilə imzalanıb. Konqo yığmasında da oynamış futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti bu yay başa çatdığı üçün o, yeni komandasına azad agent kimi keçib.

Assombalonqa karyerası ərzində İngiltərədə “Midlsbro” ilə yanaşı, “Breyntri”, “Uotford”, “Sautend”, “Piterbro”, “Nottingem Forest” kimi klublarda çıxış edib.

“Adana Dəmirspor” klubu bir neçə gün öncə “Qalatasaray”dan ayrılan Yunes Belhandanı da transfer etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: