Adria Pedrosa “Espanyol”u “Sevilya”ya dəyişdi

“Espanyol”un sol cinah müdafiəçisi Adria Pedrosa bundan sonra İspaniya La Liqasının digər təmsilçisi “Sevilya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Sevilya”nın rəsmi saytı məlumat yayıb.

2022/2023 mövsümünün yekununa əsasən “Espanyol”un La Liqanı tərk etməsi səbəbindən Pedrosa azad agent kimi klubdan ayrılıb. Bu üzdən də o, sərbəst futbolçu olaraq “Sevilya” ilə müqavilə bağlayıb. Tərəflər 5 illik sözləşməyə imza atıblar.

Adria Pedrosa “Espanyol”un yetirməsidir. O, karyerası ərzində yalnız Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. 25 yaşlı müdafiəçi bu klubun əsas komandasında keçirdiyi 120 oyunda 7 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Pedrosa İspaniyanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: