Adrien Tomasson 3.9 milyon avroya “Lans”a keçdi

Fransanın “Strasburq” klubunun yarımmüdafiəçisi Adrien Tomasson Liqa 1 təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 29 yaşlı vinger bundan sonra Liqa 1-in digər təmsilçisi “Lans”ın uğurları üçün çalışacaq.

Bu barəsə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransalı futbolçu yeni klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər davam edəcək müqavilə bağlayıb. “Lans” bu transferə görə “Strasburq”a 3.9 milyon avro ödəyib.

Adrien Tomasson 2018-ci ilin iyul ayından “Strasburq”da forma geyinirdi. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 156 oyunda 28 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Nant”, “Vann” və “Evian” klublarının da uğurları üçün çalışıb.