AFFA-dan “Zəngəzur” – “Marafon” matçı ilə bağlı sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 3-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 3-cü tur

“Zəngəzur” – “Marafon” oyununda “Zəngəzur”da 5 nəfər sarı vərəqə aldığı üçün “Zəngəzur” 70 manat cərimə edilib. Oyunun 40-cı dəqiqəsində “Zəngəzur”un futbolçusu Nurlan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zəngəzur” buna görə 50 manat cərimə ödəyəcək. Oyunun 82-ci dəqiqəsində “Zəngəzur”un analitiki Kamran Nəcəfzadə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Zəngəzur” buna görə 500 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Zəngəzur”un futbolçusu İsmayıl İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Zəngəzur” buna görə də 800 manat cərimə ödəyəcək. “Marafon”un 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun 67-ci dəqiqəsində “Marafon”un futbolçusu İlqar Ələkbərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Marafon” buna görə 800 manat cərimə ödəyəcək.

“Şəki” – “Qaradağ Lökbatan” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Şəki” 200 manat cərimə edilib.

“Şəmkir” – “Kür-Araz” oyununun matçöncəsi iclasında meydan sahibi komandanın nümayəndəsi olmadığına görə “Şəmkir” 150 manat cərimə edilib. “Şəmkir” komandasının həkimi olmadığına görə sözügedən klub 100 manat cərimə edilib. “Kür-Araz”ın da həkimi olmadığına görə sözügedən klub 100 manat cərimə ödəyəcək.

“Şirvan” – “Hypers” oyununda “Şirvan”da 4 nəfər sarı vərəqə aldığı üçün bu klub 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: