AFFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

Sabah – yanvarın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilməli idi.

Arena.az xəbər verir ki, Gəncədə keçirilməli olan iclas təxirə salınıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, İcraiyyə Komitəsinin növbəti iclasının tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, İK-nın iclasının təxirə salınmasına AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranması səbəb olub. Gəncədə futbol akademiyasının açılışında iştirak etməli olan qurum başçısı səfərə yollana bilməyəcəyi üçün belə addım atılıb. Həm açılış mərasimi, həm də İcraiyyə Komitəsinin iclası qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Gəncə şəhərində keçirilməli olan və saat 14:30-da başlaması nəzərdə tutulmuş iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:

  1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
  2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla)
  3. Digər məsələlər
Xəbəri sosial şəbəkələrdə paylaş: