AFFA MOİK-i 3600 manat cərimə etdi, “Sumqayıt”ı azarkeşləri ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kubokunda 1/8 finalın MOİK – “Qəbələ” oyunundan öncə yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunub. MOİK-in futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunda 1/8 finalın “Zaqatala” – “Səbail” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın 14-cü turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ”nin futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın 14-cü turunun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunub.

Premyer Liqanın 14-cü turunun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

AFFA İntizam Komitəsi Birinci Divizionun 12-ci turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:

“Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Səbail-2” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.

“Keşlə-2” – “Zirə-2” oyununda “Zirə”nin futbolçusu Anar Nəzirov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: