AFFA “Qəbələ”ni və Elmar Baxşıyevi cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb. Klub isə buna görə 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilib. “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın 23-cü turunun “Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

Birinci Divizionun 22-ci turunun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionun 22-ci turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan”ın futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 20 manat cərimə olunub.

Birinci Divizionun 22-ci turunun “Kəpəz” – “Səbail-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: