AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə icraçı vitse-prezident Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüb.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb. Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.
Qeyd edək ki, Azərbaycan millisi fransızlarla görüş üçün ötən gündən Paris şəhərindədir. Bu gün baş məşqçi Ayxan Abbasovun oyundan öncəki mətbuat konfransı və millimizin son məşqi baş tutacaq.
Xatırladaq ki, Azərbaycan və Fransa yığma komandaları arasındakı oyun sabah – oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.


