Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
Azərbaycan Premyer Liqası, 13-cü tur
“İmişli” – “Sabah” oyununda “İmişli”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 3000 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Şamaxı” buna görə 2000 manat cərimə edilib. “Sumqayıt”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. Oyunun 88-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyunluq cəzalanıb. “Sumqayıt” buna görə 10000 manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Qəbələ” buna görə 500 manat cərimə edilib.


