AFFA prezidenti Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili ilə görüşüb.
Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf ilə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.
Görüş zamanı AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.





