Ağabala Ramazanov “Səbail”ə lazım olmadı – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” klubu kapitan Ağabala Ramazanov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Ağabala Ramazanov karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illər aralıqlarında “dənizçilər”in formasını geyinib. O, bu komandanın heyətində ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

“Neftçi”nin yetirməsi olan Ağabala karyerası ərzində “Xəzər Lənkəran”, “Zirə”, “Sumqayıt”, “Qarabağ” və “İnter”də (indiki “Şamaxı”) də forma geyinib. Azərbaycan U-21 yığmasında da oynamış futbolçu əsas milli komandamızda 18 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: