Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibini yenidən formalaşdırıb.
Arena.az xəbər verir ki, bu barədə AGF rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib.
U-20 milli komandanın böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.
U-17 milli komandanın böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıblar.
U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaqlar. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusuyla milli komandaya dəstək verəcək.


