Aksel Vitsel “Atletiko”da!

Futbol üzrə Belçika millisinin yarımmüdafiəçisi Aksel Vitsel Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçunun Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti bitib.

Bu üzdən də o, azad agent kimi komandanı tərk edib. Artıq belçikalı yarımmüdafiəçinin yeni iş yeri də məlumdur. Təcrübəli futbolçu bundan sonra İspaniyanın “Atletiko” (Madrid) klubunun uğurları üçün çalışacaq. O, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Aksel Vitsel 2018-ci ilin avqustundan “Borussiya”da çıxış edirdi. O, bu klubun heyətində keçirdiyi 4 mövsüm ərzində 145 matça çıxıb, 13 qol vurub. Belçika millisinin üzvü əvvəllər “Standard” (Lyej), “Benfika”, “Zenit” və “Tianjin Quanjian” klublarının da formasını geyinib. Yığma komandada 124 matç keçirmiş futbolçu, 12 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: