Aleks Ferqyuson MY-də “ürəyi və ruh”u olan oyunçulardan danışdı

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson “qırmızı şeytanlar”ın cari heyətinin “ürəyi və ruhu” olan futbolçulardan danışıb.

Arena.az “Metro” nəşrinə istinadən, şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Kobbi Meynu və Alexandro Qarnaço. Mett Basbi gənc oyunçulara güvənc axınına başlayandan bəri onlar “Mançester Yunayted”in ürəyi və ruhu oldular.

Onlar gəncdirlər, amma əsas komandada oynamaq üçün gərəkli soyuqqanlılığı və inamı artıq nümayiş etdirirlər. Bu, onları qorxutmur. Bu, müəyyən mənada onların cəsarətini təcəssüm etdirir”, deyə Aleks Ferqyuson vurğulayıb.

Xatırladaq ki, 19 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi Kobbi Meynu “qırmızı şeytanlar”ın akademiyasının yetirməsidir. 20 yaşlı argentinalı sol vinger Alexandro Qarnaço isə 2020-ci ildən “Mançester Yunayted”in klub sistemində çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: