Türkiyənin “Beşiktaş” klubu yarımmüdafiəçisi Aleks Teyşeyra ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyadan olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Onun klubla daha 2 illik müqaviləsi vardı.
Xatırladaq ki, Aleks Teyşeyra 2021-ci ilin avqustunda “Beşiktaş”a transfer olunmuşdu. O, İstanbul təmsilçisində meydana çıxdığı 31 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
32 yaşlı futbolçu “Beşiktaş”dan öncə Çinin “Jiangsu Suning” klubunda forma geyinib. Peşəkar karyerasına “Vasko da Qama”da başlamış futbolçu, 2010-2016-cı illər aralığında da Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının uğurları üçün çalışıb.