Aleksandr Tımçik Azərbaycan millisi ilə oyunu buraxacaq

Ukrayna yığmasının müdafiəçi Aleksandr Tımçik DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda forma geyinməyəcək.

Arena.az bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İslandiya və Azərbaycan milliləri ilə oyunlardan öncə daha bir itki ilə üzləşib. Belə ki, sağ cinah müdafiəçisi Aleksandr Tımçik komandasına kömək edə bilməyəcək. Buna səbəb Kiyev “Dinamo”sundan heyətə cəlb edilmiş oyunçunun zədəli olmasıdır.

Xatırladaq ki, Ukrayna yığmasında daha əvvəl yarımmüdafiəçi Viktor Sıqankov da zədəli olduğu üçün kollektivdən ayrılıb.

Qeyd edək ki, Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində yer aldığı D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: