Futbol üzrə Çili yığmasının sabiq hücumçusu Aleksis Sançes bundan sonra karyerasını Kanadanın “Monreal” klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
37 aşlı forvard yeni klubu ilə 1 illik (2027-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb.
Sançes ötən ilin avqustundan “Sevilya”da oynayırdı. O, La Liqa təmsilçisinin heyətində 30 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Aleksis Sançes daha öncə “Arsenal”, “İnter”, “Barselona”, “Mançester Yunayted”, “Olimpik” (Marsel), “Kolo-Kolo”, “River Pleyt”, “Udineze”, “Kobreloa” kimi klublarda da forma geyinib.
Aleksis Sançes 2006-cı ilin aprel ayında debüt etdiyi Çili yığmasının heyətində 168 oyun keçirib, 51 qol vurub, 41 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 37 yaşlı Aleksis Sançesi 1,2 milyon avro məbləğində qiymətləndirir.


