Alessandro Byanko və Stefano Turati “Montsa”da

“Montsa” heyətini iki yeni futbolçu – mərkəz yarımmüdafiəçisi Alessandro Byanko və mərkəz müdafiəçisi Stefano Turati ilə gücləndirib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Byanko “Montsa”ya “Fiorentina”dan, Turati isə “Sassuolo”dan gəlib. Hər iki oyunçu bu mövsümün sonunadək icarəyə götürülüb.

Alessandro Byanko “Torino”nun yetirməsi olsa da, peşəkar karyerasına “Fiorentian”da başlayıb. 21 yaşlı yarımmüdafiəçi Florensiya klubunun əsas komandasında 16 oyun keçirsə də, fərqlənə bilməyib. O, ötən mövsüm “Recina”da da icarədə olub – 37 oyun, 2 qol, 2 assist. İtaliyanın U-18, U-20 və U-21 yığmalarında oynamış Byankoya əsas millidə ehtiyac duyulmayıb.

Stefano Turati isə “İnter” və “Renate” klublarının yetirməsidir. 2018-ci ildən “Sassuolo”da olan italyan qapıçı bu klubun əsas komandasında cəmi 2 oyuna çıxıb, 4 qol buraxıb. O, 2021/2022 mövsümünü “Recina”da icarədə keçiribsə, 2022-2024-cü illər aralığında da “Frozinone”də çıxış edib. 22 yaşlı qolkiper İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynayıb.

“Montsa” 4 oyunçusu ilə də yollarını ayırıb. Qapıçı Alessandro Sorrentino (22 yaş) ilə mərkəz yarımmüdafiəçisi Xose Maçin (28 yaş) “Frozinone”yə keçiblər. Sözügedən klub hər iki oyunçunu bu mövsümün sonunadək “Montsa”dan icarəyə götürüb. Müqavilədə futbolçuların transfer hüquqlarının alınmasına dair şərt yoxdur.

Mərkəz müdafiəçisi Davide Bettelya ilə Marko D’Alessandro isə “Montsa”nı birdəfəlik tərk ediblər. Davide “Frozinone”yə keçib. 24 yaşlı italyan futbolçu yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. Marko isə “Katanzaro”ya keçib. 33 yaşlı italyan vinger yeni klubu ilə 2 illik anlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: