Alessandro Del Pyero: “Əvvəllər futbol daha şən idi”

“Yuventus”un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero futbolun son zamanlar necə dəyişdiyindən söhbət açıb.

Arena.az məlumat verir ki, Del Pyero bu barədə gileyli danışıb:

“Müdafiə çox vacibdir və İtaliyada biz onu sənətə çevirmişdik. Amma indi hər şey başqa cürdür. Müdafiəçilərin demək olar ki, manevri yeri yoxdur. Onlara praktiki olaraq digər oyunçulara toxunmağa icazə verilmir. Əvvəllər futbol daha əyləncəli idi”, deyə keçmiş hücumçu bildirib.

Xatırladaq ki, Alessandro Del Pyero 19 il (1993-2012) “Yuventus”da çıxış edib və uzun müddət komandanın kapitanı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: