Alfonso Dominqes lisenziya turnirində 1/4 finala vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan yığmamızın üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.

1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Alfonso Dominqes növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. Boksçumuz qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

Qeyd edək ki, bu gün Malik Həsənov (63,5 kq) Paris-2024-ə lisenziyaya sahib olmaqla, millimizin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.

Xəbəri sosial şəbəkələrdə paylaş: