Alfonso Dominqes lisenziya turnirində 1/8 finala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, 92 kq çəkidə qüvvəsini sınayan yığmamızın üzvü 1/16 finalda Marko Çaçiklə (Xorvatiya) qarşılaşıb.

Dünya çempionumuz bu rəqibini də məğlub edib. O, bu dəfə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Alfonso Dominqes 1/8 finalda Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.

Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) da rinqə çıxacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: