Futbol üzrə Almaniya Bundesliqasında 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Ştutqart” doğma meydanda “Maynts”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Lider “Bayern” bu turda autsayderlər qrupunda yer alan “Arminiya”nı sınağa çəkəcək. Turnir cədvəlinin ikinci sırasında yer alan Dortmund “Borussiya”sının rəqibi isə “Volfsburq” olacaq.
Tura “Leyptsiq” – “Bayer” matçıyla yekun vurulacaq.
Almaniya Bundesliqası
13-cü tur
26 noyabr
Ştutqart – Maynts 2:1
Qol: İto, 21. Sosa, 51 – Hak, 39.
27 noyabr
18:30. Bohum – Frayburq
18:30. Volfsburq – Borussiya (Dortmund)
18:30. Herta – Auqsburq
18:30. Qroyter – Hoffenhaym
18:30. Köln – Borussiya (Mönhenqladbax)
21:30. Bayern – Arminiya
28 noyabr
18:30. Ayntraxt – Union Berlin
20:30. Leyptsiq – Bayer


