Almaniya Bundesliqasında 6-cı tura yekun vuruldu

Futbol üzrə Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Bohum” – “Ştutqart” matçında qapılara qol vurulmayıb. “Frayburq” isə doğma meydanda “Auqsburq”u 3 cavasız qolla məğlub edib.

Almaniya Bundesliqası
6-cı tur

24 sentyabr

Qroyter – Bayern 1:3
Qol: İtten, 88 – Müller, 10. Kimmix, 31. Qrisbek, 68-öz qapısına.

25 sentyabr

Ayntraxt – Köln 1:1
Qol: Borre, 45+5 – Skhiri, 14.

Bayer – Maynts 1:0
Qol: Virts, 62.

Leyptsiq – Herta 6:0
Qol: Nkunku, 16; 70. Poulsen, 23. Mukiele, 45+3. Forsberq, 60-pen. Haydara, 77.

Union Berlin – Arminiya 1:0
Qol: Behrens, 88.

Hoffenhaym – Volfsburq 3:1
Qol: Kramariç, 45+2. Baumqartner, 74. Kaderabek, 81 – Baku, 25.

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:0
Qol: Zakariya, 37.

26 sentyabr

Bohum – Ştutqart 0:0

Frayburq – Auqsburq 3:0
Qol: Kubler, 6. Holer, 25. Qrifo, 33-pen.