Amerika Kubokunda Ekvadordan ilk, Venesueladan 2-ci qələbə

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün B qrupu çərçivəsində növbəti oyunlar baş tutub.

Yamayka yığması ilə qarşılaşan Ekvador millisi 3:1 hesablı qələbə qazanıb.

Qrupun digər oyununda isə Venesuela Meksika yığmasından güclü olub – 1:0.

Qeyd edək ki, qrupda ardıcıl iki qələbə qazanan Venesuela millisi 1/4 finala vəsiqəni təmin edib.

Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq. Sabah – iyunun 28-də C qrupu çərçivəsində Panama millisi ABŞ yığmasını sınağa çəkəcək. Bu oyuna Bakı vaxtı ilə 02:00-da start veriləcək. Uruqvay və Boliviya yığmaları arasındakı oyun isə 05:00-da başlayacaq.

Amerika Kuboku
B qrupu
27 iyun

Ekvador – Yamayka 3:1
Qollar: Kasey Palmer, 13-öz qapısına. Kendri Paes, 45+4-pen. Alan Minda, 90+1 – Maykl Antonio, 54.

Venesuela – Meksika 1:0
Qol: Salomon Rondon, 57-pen.

Xallar: Venesuela – 6. Ekvador – 3. Meksika – 3. Yamayka – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: