Futbol üzrə Amerika kubokunun rəmzi komandası açıqlanıb. Arena.az xəbər verir ki, Braziliyada keçirilmiş sonuncu qitə birinciliyinin ən yaxşı 11 futbolçusu arasında çempion Argentinadan 4 oyunçu yer alıb.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Finalda Argentina yığmasına məğlub olmuş Braziliya millisinin isə 3 futbolçusu ən yaxşı 11 oyunçu sırasında qərarlaşıb.
Kolumbiya, Ekvador, Çili və Peru yığmaları isə rəmzi komandada bir futbolçu ilə təmsil olunub:
Qapıçı: Emiliano Martines (Argentina);
Müdafiəçilər: Maurisio İsla (Çili), Kristian Romero (Argentina), Markinyos (Braziliya), Pervis Estupinyan (Ekvador);
Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina), Kazemiro (Braziliya), Yosimar Yotun (Peru);
Hücumçular: Lionel Messi (Argentina), Neymar (Braziliya), Luis Dias (Kolumbiya).
Qeyd edək ki, Argentina millisi Amerikin kubokunun final matçında 1:0 hesabıyla qalib gələrək 28 illik fasilədən sonra qitə çempionu olub.


