Qətərin “Qatar Sports Investment” (QSI) şirkəti PSJ-nin azlıqdakı payını amerikan investisiya şirkəti “Arctos Partners”ə satıb.
Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.
Razılaşmaya yaxın mənbələrə görə, “Arctos Partners” Paris klubunun 4,25 milyard avro dəyərində olan səhmlərinin 12,5%-ni alıb.
QSI klubdakı bütün qərarlara tam nəzarət etməyə davam edəcək.
“Arctos Partners”in sərmayəsi stadionu və məşq meydançasını əhatə edəcək “klubun əməliyyat fəaliyyətini və daşınmaz əmlak təşəbbüslərini dəstəkləmək” üçün istifadə ediləcək. “Arctos Partners” həmçinin PSJ-nin qadın komandasını inkişaf etdirməyə və klubun yeni bazarlara genişlənməsinə kömək etmək üçün strateji xidmətlər göstərməyə diqqət yetirəcək.
Şirkət artıq MLB, NBA, NHL, Formula 1 və həmçinin futbolda “Los-Anceles Dodcers”, “Qolden Steyt”, “Aston Martin” və “Atalanta” da daxil olmaqla 30-dan çox idman komandasının azlıq payına sahibdir.


