Marsel “Olimpik”inin mərakeşli hücumameylli yarımmüdafiəçisi Amin Arit müasir futbolçulara qoyulan tələblərdən danışıb.
Arena.az “L’Equipe” nəşrinə istinadən Aritin müvafiq xüsusda fikirlərini diqqətiniə çatdırır:
“Ronaldinyo qaçırdı, amma görkəmli atlet deyildi, həmçinin Zidan da. Belə oyunçular təəssüf ki, yox olacaqlar. Bu gün bizdən tələb olunur ki, hər oyunda 12 km qaçaq, 40 dəfə yüksək tezliklə sıçrayışlar edək, 33-34 km/saat sürətə çataq, əks halda sizdən heç bir fayda yoxdur. Dörd yaxşı oyun keçirə bilərsən, amma statistika hasil etmirsənsə, sənə hörmət edilməyəcək”, deyə Arit bildirib.
Amin Arit “Olimpik”ə cari ilin iyulunda 5 milyon avro müqabilində “Şalke”dən keçib. Mərakeşli futbolçunun Fransa təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Arit cari mövsümdə Marsel təmsilçisinin heyətində 13 oyuna 1 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Arit 2017-ci ilin oktyabrında debüt etdiyi Mərakeş yığmasının heyətində 18 oyun keçirib, 5 məhsuldar ötürmə verib. Maraqlıdır ki, Arit Mərakeş yığmasında debütə qədər Fransanın U-18, U-19, U-20, U-21 yığmalarına dəvət alıb və çıxış edib, “xoruzlar”ın U-19 yığması ilə 2019 Avropa Çempionatının qalibi olub. Bu, mərakeşli futbolçunun futbolda ilk və hələ ki yeganə qənimətidir.
“Transfermarkt” internet-portalı 26 yaşlı Amin Ariti 12 milyon avro məbləğində qiymətlənidirir.


