“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim, klub işçilərinin ixtisarları mənzərəsində klubun maliyyə fəsadlarını şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Bu fəsadlar klub üçün yeni deyil. Biz maliyyə ədaləti qaydalarından xəbərdar idik. Fəsadımız var, amma bu, mənim komandanı necə çalışdırdığıma və oyunlara necə hazırlaşdığıma sirayət edə bilməz. Mən digər xüsuslara deyil, məhz buna köklənmişəm.
Nəsə etmək üçün oyunçuları satmaq gərəkdir. Hər şey sadədir. Mənim məqsədim – oyunlara hazırlaşmaqdır. İndi transfer pəncərəsi bağlıdır, biz heç nə edə bilmərik.
Bizə, qalan oyunlara köklənmək gərəkdir, yayda isə nə baş verəcəyini görəcəyik”, deyə Amorim vurğulayıb.
Xatırladaq ki, Amorim böyük məsuliyyət altına girərək, qış transfer pəncərəsində heç bir keçidə qol qoymayıb.
24 oyundan 29 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


