Amorim: “Tottenhem”ə məğlubiyyətlə barışmalıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının finalında “Tottenhem”ə məğlubiyyəti (0:1) şərh edib.

Arena.az “NBC Sports” dərgisinə istinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bizə, bu məğlubiyyətlə barışmaq gərəkdir. Mən düşünürəm ki, ən yaxşı komanda olduğumuz aydındır, amma qol vurmaq bizə müyəssər olmadı. Bu gün komandam mükəmməl çıxış etmədi, amma biz ən yaxşı komanda idik. Elə günlər olub ki, biz lap bərbad görünmüşük, amma bu gün belə günlərdən deyildi”, deyə Amorim vurğulayıb.

Məğlubiyyət nəticəsində “qırmızı şeytanlar” növbəti mövsümdə avrokuboklarda iştirak imkanından məhrum olublar. “Mançester Yunayted”, klub tarixinin ən bərbad dövrü əks edilmiş səhifədə növbəti abzası bitirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: