Ançelotti “Arsenal”la cavab oyununa strategiya hazırlayır

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab oyununa geri-dönüş strategiyası hazırlayır.

Arena.az xatırladır ki, “qaymaqlılar” Londonda keçirilmiş ilk oyunda gözlənilmədən 0:3 hesabı ilə məğlub olublar.

“Geri-dönüş strategiyası necə olacaq? İndi bizə işləmək və qurban fədakarlığı gərəkdir. Bunu birlikdə icra etmək və fəaliyyət göstərmək. Biz bunu artıq dəfələrlə etmişik, indi isə bunun vaxtı yenidən gəlib. Bu, asan deyil, amma buna ilk dəqiqədən çalışmaq gərəkdir”, – AS dərgisi Ançellotidən sitat gətirir.

“Real” – “Arsenal” oyunu aprelin 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: