“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında Dortmund “Borussiya”sına qarş keçirəcəkləri oyundan öncə rəqibi qiymətləndirib.
Arena.az xatırladır ki, ötən mövsüm qitənin ən mötəbər klub yarışının finalında qarşılaşmış bu iki komandanın mübarizəsindən “Real” 2:0 hesablı qələbə ilə ayrılmışdı.
“Borussiya” dəyişibmi? İndi onların fərqli məşqçisi və fərqli oyunçuları var. Ancaq onlar eyni futbol fikrinə sadiqdirlər: hərəki futbol oynayırlar, fərdi və komanda şəklində güclüdürlər. Belə bir rəqib çox tələbkardır”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq “Real” – “Borussiya” oyunu bu gün Madrid şəhərində keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


