Ançelotti Fliki dəstəklədi, həmçinin söz atdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona”dakı həmkarı, alman mütəxəssis Hans-Diter Flikə dəstək nümayiş etdirib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəss, ifrat sıx oyun təqvimi ilə bağlı məsələdə “Hansi” Fliklə həmrəydir, amma o, daha əvvəl alman mütəxəssisin “Real”a sataşdığı məqamı da unutmayıb:

“Flik şikayətmi edir? Mən onun iradlarını anlayıram. Onun futbolçuları əskik idi (“Osasuna” ilə oyunda (0:3) – redaktorun qeydi). Mən onun sıx oyun təqvimi ilə bağlı dediyi fikirlə razıyam, amma Madrid “Real”ı – bu, “Barselona” deyil”, deyə Ançelotti incə eyhamla həmkarına söz atıb.

Belə ki, daha əvvəl Flik də Ançelottinin təqvimlə bağlı narazılığına münasibətini açıqlamış, amma əzəli rəqib “Real”ın düşərgəsinə söz ataraq, “Barselona”nın “Real” yox, məhz “Barselona” olduğunu vurğulamışdı.

Əlavə edək ki, əzəli rəqiblər İspaniya La Liqasının cari mövsümünün çempionluğu uğrunda mübarizə aparırlar. 28 oyundan sonra “Barselona” 63 xalla yarış cədvəlinə başçılıq edir, “Real” isə 60 xalla 2-ci pillədən “blauqrana”nı addım-addım təqib edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: