Ançelotti Messinin “İnter Mayami”yə keçidi haqda danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti argentinalı ulduz hücumçu Lionel Messinin MLS təmsilçisi “İnter Mayami”yə keçidi haqda danışıb.

Arena.az bu barədə AS portalına istinadən məlumat verir.

Argentinalı ulduz 2022/2023 mövsümünün bitməsilə PSJ-dən azad agent qismində ayrılaraq “İnter Mayami”yə keçib.

“ABŞ-da futbol çox güclü idman növləri ilə rəqabət aparmalıdır, amma Messinin “İnter Mayami”yə keçməsi liqanın təkmilləşməsinə kömək edə bilər. Şəhər sakinləri arasında futbola həvəsi olanlar çoxdur”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, “Real” mövsümöncəsi hazırlıq çərçivəsində ABŞ turuna yollanacaq. “Kral klubu”nu “Yeni Dünya”da “Milan”, “Mançester Yunayted”, “Barselona” və “Yuventus”la yoldaşlıq oyunları gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: