Ançelotti: “Sevilya”ya qarşı daha da yaxşı oynaya bilərdik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının “Sevilya” ilə 37-ci tur səfər oyununda 2:0 heablı qələbəni şərh edib.

Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, çətin oyun idi – oyunun ab-havası və iki qırmızı vərəqə ucbatından (“Sevilya”nın iki oyunçusu meydanda qovulub – redaktorun qeydi). Bütün bunlar ona gətirib çıxardı ki, bu oyun elə də sürətli deyildi. Bəli, biz daha da yaxşı oynaya bilərdik. Amma biz hesabda önə çıxanda, bizdən artıq nəsə etmək tələb edilmirdi”, deyə Ançelotti vurğulayıb.

37 oyundan 81 xalla “Real” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Sevilya” isə 41 xalla 16-cı pillədədir.

La Liqaya 85 xalla çempion “Barselona” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: