“Real”ın keçmiş baş məşqçisi, hazırda Braziliya millisini çalışdıran Karlo Ançelotti ispaniyalı həmkarı Xabi Alonsonun Madrid klubundakı işini qiymətləndirib.
Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Real”ı izləyirəm. Xabi Alonso çox yaxşı başlayıb. Demək olar ki, bütün oyunları qazanıb, yalnız, onsuz da başçılıq etdiyi İspaniya La Liqasında Madrid “Atletiko”suna (2:5) və Çempionlar Liqasında “Liverpul”a (0:1) məğlub olub. Alonso daha artığını edə bilməzdi. “Real” çox qəqabətəqadir görünür”, deyə təcrübəli məşqçi vurğulayıb.
Ançelotti “qaymaqlılar”ın ingiltərəli yarımmüdafiçisi Cud Bellingemi də qiymətləndirib:
“Nə deməyimi istəyirsiniz? Hə, ya yox? Əlbəttə, o, ən yaxşılardan biridir. O, yaxşı oğlan və futbolçudur”.
Xatırladaq ki, “Real” La Liqanın cari mövsümünün yarış cədvəlində 12 oyuna topladığı 31 xalla zirvədə qərarlaşıb. Komanda 10 qələbə qazanıb, 1 heç-heçə və 1 məğlubiyyət görüb. UEFA Çempionlar Liqasında isə madridlilərin 4 oyuna 3 qələbəsi, 1 məğlubiyyəti var. İspaniya nəhəngi 9 xalla 7-ci pillədə qərarlaşıb.


