Ançelottinin Braziliya millisindəki köməkçiləri məlum oldu

Məlum olduğu kimi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti mayın 26-da Braziliya millisinin sükanı arxasında işə başlayacaq.

Arena.az “TNT Sports” dərgisinin Braziliya şöbəsinin “seleosao”nun düşərgəsindəki mənbəyinə istinadı əsasında məlumat verir ki, Ançelotti Rio-de-Janeyroda yaşayacaq və özü ilə dörd mütəxəssis gətirəcək.

Bildirilir ki, italyan mütəxəssisin məşqçilər qərargahına Françesko Mauro (köməkçi), Benyamin Fulko (köməkçi və fiziki hazırlıq üzrə məşqçi), Simone Montanauro (təhlilçi) və həmçinin Karlo Ançelottinin oğlu və köməkçisi Davide Ançelotti daxildirlər.

Xatırladaq ki, Ançelotti Avropada klub mövsümünün başa çatması ilə Brazilyia millisini qəbul edəcək. İtalyan mütəxəssisin Braziliya millisi ilə ilk sınağı 2026-cı il dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Ekvador (6 İyun) və Paraqvay (11 İyun) yığmaları ilə oyunlara təsadüf edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: