“İnter”in qapıçısı Andre Onana Çempionlar Liqasının finalında “Mançester Siti”yə məğlubiyyətdən (1:0) sonra fikirlərini bölüşüb.
Arena.az BBC-yə istinadən Onananın fikirlərini diqqətinizə çatdırır:
“Biz əla oyun keçirdik. Çox əla məqamlarımız oldu, bəxtimiz isə gətirmədi. Əgər siz belə səviyyədə qol vura bilmirsinizsə, məğlub olacaqsınız. Komandamın oyunundan razıyam”.
Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.


