Andrea Belotti rəsmən “Roma”da

Bu yay İtaliyanın “Torino” klubundan azad agent kimi ayrılan Andrea Belotti özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 1+2 illik müqaviləyə imza atıb. O, paytaxt klubunda 11 nömrəli formanı geyinəcək.

Andrea Belotti peşəkar karyerasına “Albinoleffe”də başlayıb. Hücumçu iki mövsüm də “Palermo”nun uğurları üçün çalışıb. İtaliyalı futbolçu 2015-ci ildən “Torino”da forma geyinirdi. O, bu komandada 251 oyuna çıxıb, 113 qol vurub. Belotti İtaliya yığmasında da 44 oyun keçirib, 12 qolla yadda qalıb. O, “Roma”da komanda yoldaşı olacaq Brayan Kristante və Leonardo Spinatsola ilə birgə İtaliya yığmasının heyətində Avropa çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: