Futbol üzrə İtaliya millisinin hücumçusu Andrea Belotti “Torino”dan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçunun Turin təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə imzalamayıb və yollarını ayırıblar.
Andrea Belotti 2015-ci ilin yayından “Torino”da çıxış edirdi. O, bu müddətdə klubun heyətində 251 oyun keçirib və 113 qola imza atıb. İtaliyalı hücumçu daha öncə “Albinoleffe” və “Palermo” klublarının da uğurları üçün çalışıb.
2016-cı ildən yığmaya çağırılan Belotti, ölkəsinin əsas komandasında 44 matça çıxıb, 12 qol vurub. O, ötən il İtaliya millisi ilə Avropa çempionu olub.


