Türkiyənin “Kayserispor” klubunun italiyalı yarımmüdafiəçisi Andrea Bertolaççi Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə 31 yaşlı oyunçunun Kayseri klubu ilə müqaviləyə birtərəfli qaydada xitam verdiyi diqqətə çatdırılıb. Klub isə hələlik bu ayrılıqla bağlı heç bir rəsmi xəbər yaymayıb.
Andrea Bertolaççi bu ilin yanvar ayından “Kayserispor”un uğurları üçün çalışırdı. İtaliya milli komandasının sabiq üzvü Super Liqa klubunda bütövlükdə 22 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Bertolaççi Türkiyədə daha öncə “Fatih Karagümrük”ün də uğurları üçün çalışıb. “Roma”nın yetirməsi olan yarımmüdafiəçi, “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da forma geyinib. O, İtaliya yığmasında da 5 oyuna çıxıb.


