“Real”ın ukraynalı qapıçısı Andrey Lunin blits-müsahibə tərtibatında jurnalistlərin ona ünvanladığı müxtəlif sualları cavablayıb.
Arena.az “Marca” nəşrinə istinadən, ukraynalı qapıçının müsahibəsini təqdim edir:
– Futboldan başqa ən çox sevdiyiniz idman növü hansıdır?
– Formula-1, basketbol və tennis.
– Sevimli idmançınız?
– Maykl Cordan. Haqqında filmə baxıb onun karyerasını görəndə bu, insanı fərqli düşünməyə vadar edir və xəyal qurmağa imkan verir. Hər şey mümkündür.
– Sizcə, bütün zamanların ən yaxşı futbolçusu kimdir?
– Kristiano Ronaldo.
– Paltardəyişmə otağında ən yaxşı dostunuz?
– Fran Qarsiya, Federiko Valverde, Braim Dias, Cud Bellingem. Amma onların hamısı çox yaxşıdırlar və sizə bir ailə olduğunuzu hiss etdirirlər.
– Sizi ən çox güldürən tərəfdaşınız?
– Luka Modriç, Vinisius Junior, Eduardo Kamavinqa, Antonio Rüdiger, Lukas Vaskes.
– Paltardəyişmə otağında ləqəbiniz varmı?
– Mənim iki ləqəbim vardı. Birini Modriç düşünüb-tapıb, amma mən bunu səsləndirmək fikrində deyiləm.
– Luninin həyatındakı ən böyük sirr?
– Yemək bişirirəm, amma restoranlarda yemirəm. Qidalanmama diqqət yetirirəm, ona görə də bu surətdə özümü daha sakit hiss edirəm.
– Xüsusi rəqibin köynəyi?
– Qapıçıların rolunu müasirləşdirmiş Manuel Noyer.
– Florentino Peresi müəyyənləşdirin.
– Başbilən.
– Niyə idman kostyumunda evləndiniz?
– Hamının baxdığı və bir çox insanın qarşısında çıxış etdiyimiz zaman kostyumda özümüzü rahat hiss etmirdik. Həyat yoldaşım və mən bunun daha asan və daha rahat olacağına qərar verdik, amma yenə də xüsusi bir gün idi. Biz nə vaxtsa çimərlikdə, ailə ilə, kostyumsuz mərasim keçirmək istəyirik, amma o, yay paltarında, mən isə ağ köynəkdə. Daha yaxşı bir şey edəcəyik.
Xatırladaq ki, “Real” Lunini 2018-ci ilin iyulunda “Zorya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsümün əvvəlində “Real”ın əsas qapıçısı, belçikalı qapıçı Tibo Kurtuanın zədələnməsi ilə Lunin “qaymaqlılar”ın qapısını qorumaq imkanı qazanıb. Tezliklə Lunin “Real”ın əsas qapıçısı olmağa iddiasını ortaya qoyub.
2023/2024 mövsümündə Andrey Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” qurtulub.


