Andriya Lukoviç də “Zirə”dən getdi – Rəsmi

Bir neçə gün öncə ukraynalı hücumçusu Vladislav Kulaçla vidalaşan “Zirə” daha bir futbolçusu – Andriya Lukoviç ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

“Zirə” PFK Andriya Lukoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Andriya Lukoviç 2022-ci ilin avqust ayından “Zirə”nin uğurları üçün çalışırdı. 29 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 38 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Lukoviç daha öncə “Vozdovaç”, “Rad”, PSV, B SAD, “Famalikan”, “Rakuv”, “Srvena Zvezda” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: