Braziliyanın “Santos” klubunun 18 yaşlı hücumçu Anjelo Qabriel İngiltərə nəhəngi “Çelsi”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transferə görə Braziliya klubuna 15 milyon avro ödəyib. Gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlansa da, dəqiq tarix göstərilməyib.
Sağ cinah vingeri olan Anjelo Qabriel “Santos”un yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi “Santos”da 129 oyuna çıxıb, 5 qol və 10 assist müəllifi olub. Anxelo Braziliyanın U-16 yığmasında da forma geyinib.


